Bakıda biznes mərkəzində partlayış: xəsarət alanlar var

Şəklin mənbəyi, APA
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyi bildirib ki, partlayış zamanı baş vermiş dağıntılardan yeddi nəfər çıxarılıb.
Yerli media yazıb ki, partlayış "AFEN Plaza" biznes mərkəzində baş verib.
Beş nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, Təbib-dən BBC-yə bildirilib.
"Onlardan 1 nəfərə termiki yanıq, 4 nəfərə isə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnouz təyin olunub", - qurumun məlumatında qeyd edilib.
Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
"AFEN Plaza"nın sahibi Əbülfət Əliyev partlayışın yeraltı qaz sızmasından baş verdiyini ehtimal edir, amma o bildirib ki, binada qaz olmayıb: "Burada yolda işlər gedir. Ərazidən qaz xətti keçir. Tikintidə işləyən traktorlar xətti zədələyiblər".
O, yerli mediaya deyib: "Görünür ki, sızma olandan sonra yaxşı təmir etməyiblər və binaya qaz sızıb. Zirzəmiyə qaz toplanıb, səhər işçi işığı yandıranda partlayış baş verib".
Hələlik partlyaışın nədən baş verməsi ilə bağlı rəsmi açıqlama yoxdur.
Hadisə ilə bağlı aidiyyətli qurumlar araşdırma aparır.







