Məzmuna keç

Kütləvi nəzarət

Vikipediya, azad ensiklopediya
Müşahidə kameraları

Kütləvi nəzarət və ya Kütləvi müşahidə — müəyyən bir vətəndaş qrupunu izləmək üçün əhalinin hamısının və ya əhəmiyyətli bir hissəsinin mürəkkəb bir formada nəzarət altında saxlanılmasıdır.[1] Nəzarət adətən kəşfiyyat agentlikləri kimi dövlət təşkilatları tərəfindən həyata keçirilmiş olsa da, bəzən müəyyən şirkətlər tərəfindən də həyata keçirilə bilər. Hər bir ölkənin qüvvədə olan qanunlarından və yurisdiksiyasından asılı olaraq, kütləvi nəzarətin aparılması üçün tələb olunan müəyyən qanunlar və icazələr vardır və bunlar ölkədən ölkəyə görə dəyişikliklər nümayiş etdirir. Bu, totalitar rejimlərin ən fərqləndirici xüsusiyyətidir. Həmçinin bu nəzarət üslubu hədəflənmiş nəzarətdən fərqlidir.

Kütləvi nəzarət əsasən terrorizmlə mübarizə, cinayət və vətəndaş iğtişaşlarının qarşısının alınması, milli təhlükəsizliyin müdafiəsi və əhaliyə nəzarət etmək üçün zəruri bir vasitə hesab olunur. Eyni zamanda, kütləvi izləmə şəxsi toxunulmazlıq hüquqlarını pozduğu, mülki və siyasi hüquqları məhdudlaşdırdığı və bəzi hüquqi və ya konstitusiya sistemlərinə görə qeyri-qanuni hesab olunduğu üçün eyni dərəcədə tənqid olunmuşdur.

  1. "Mass Surveillance". Privacy International. 17 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 dekabr 2021.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]